Apr
2020
13:04
24
196
5139
Virtual karabakh

Təqaüdçü kişi qızını və onun ailəsini gülləbaran etdi

6 Apr, 2020
13:04
5139

Təqaüdçü kişi qızını və onun ailəsini gülləbaran etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

62 yaşlı kişi qızının ailəsini gülləbaran edib.

MK-nın məlumatına görə, dəhşətli hadisə Rusiyanın Tümen vilayətində baş verib.

Bildirilir ki, şübhəli şəxs 36 yaşlı qızının ailəsi ilə birlikdə yaşadığı evə gəlib və traktoru ilə kürəkəninin avtomobilini əzib. Qızı, 42 yaşlı kürəkəni və 17 yaşlı nəvəsi evdən çıxanda isə onları güllələyib.

Yaşlı kişinin azı 10 dəfə atəş açdığı deyilir. Zərərçəkənlər qaçmağa çalışsalar da, yaralanıblar.

Qadın başından və sinəsindən aldığı güllə yaraları ilə reanimasiyaya yerləşdirilib, əri yüngül xəsarət alıb. Yeniyetmə isə hadisədən zərər çəkmədən xilas ola bilib.

Baş verənlərlə əlaqədar təqaüdçü kişi saxlanılıb, onun barəsində iki nəfərin qətlinə cəhd maddəsi üzrə cinayət işinə başlanılıb.

Məlumata görə, ata ilə qızı uzun müddətdir mülk üstündə münaqişə edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri