Apr
2020
16:31
388
38
3231
Virtual karabakh

104 yaşlı qadın iki pandemiyaya qalib gəldi

6 Apr, 2020
16:31
3231

104 yaşlı qadın iki pandemiyaya qalib gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyalı 104 yaşlı Ada Zanusso koronavirusdan sağalıb.

RG.ru xəbər verir ki, Biella şəhərində yaşayan qadın virusun öhdəsindən gələ bilib.

1918-ci ildə 100 milyona yaxın insanın ölümünə səbəb olan “ispan qripi”nin də öhdəsindən gəlməyi bacaran Zanusso koronavirusa qalib gələn ən yaşlı insan hesab edilir.

Martın 17-də 20 nəfərin koronavirusdan öldüyü “Qocalar Evi”ndə virusa yoluxduğu məlum olan qadın yüksək hərarətlə xəstəxanaya yerləşdirilib. Yaşının çoxluğuna və vəziyyətinin ağır olmasına baxmayaraq, o, xəstəlikdən sağalıb.

“Bir anda yataqdan qalxdı və stulda oturdu. Onun sağalması oxşar vəziyyətdə olan hər kəs üçün sevinc və ümid yaradır”, - deyə Zanussonu müalicə edən həkimi Karla Furno Markiz deyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri