Apr
2020
16:34
44
117
4707
Virtual karabakh

Tualet pəncərəsindən qaçan cinayətkar belə ələ keçdi - VİDEO

7 Apr, 2020
16:34
4707

Tualet pəncərəsindən qaçan cinayətkar belə ələ keçdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus epidemiyası ilə əlaqədar özünü təcrid etdiyini düşündüyü dostundan xəbər çıxmadıqda polisə müraciət edən gənc dəhşətli həqiqətlə üzləşib. Belə ki, polislərlə Əhməd Rəncbərin evinə gedən gənc onun tapança ilə vurulmuş meyiti ilə qarşılaşıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, dəhşətli hadisə Türkiyənin İstanbul şəhərində qeydə alınıb.

Polislər binanın müşahidə kameralarını yoxlayarkən Əhməd Rəncbərin son olaraq dostu Əmrullah U. ilə birlikdə liftə mindiklərini müəyyən ediblər. Sonra həmin şəxs binadan tək çıxıb.

Şübhəlinin saxlanılması üçün əməliyyat həyata keçirilib. Basqın sırasında Əmrullah U. ayaqyolunun pəncərəsindən qaçmağa çalışıb. Lakin polislər onu saxlaya biliblər. İstintaqa başlanıb.

Məlum olub ki, hadisə vaxtı istifadə olunan silah və Əhməd Rəncbərə aid mobil telefonlar dənizə atılıb. Dəniz polisi dalğıcları tərəfindən başlanan axtarışda silah və mobil telefonlar dənizdən çıxarılıb.

Əmrullah U. artıq cinayəti törətdiyini etiraf edib və dostunu köhnə ədavətə görə öldürdüyünü bildirib. O, həbsxanaya göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri