Apr
2020
17:34
25
158
3082
Virtual karabakh

Trampın Ayın mənimsənilməsi ilə bağlı planları tənqid olundu

7 Apr, 2020
17:34
3082

Trampın Ayın mənimsənilməsi ilə bağlı planları tənqid olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Roskosmos” Dövlət Korporasiyası ABŞ-ın Ayın və digər planetlərin kommersiya mənimsənilməsi planlarını tənqid edib.

Bu barədə “İnterfaks” qurumun mətbuat xidmətinə istinadla xəbər verib.

Bildirilir ki, ayrı-ayrı ölkələrin “kosmosun işğalı” cəhdləri səmərəli əməkdaşlığa maneə törədir.

“Tarixdə bir ölkənin öz maraqları naminə əraziləri ələ keçirməyə qərar verməsi barədə nümunələr var və hər kəs bunun nə ilə nəticələndiyini xatırlayır”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, aprelin 6-da ABŞ Prezidenti Donald Tramp Ayda və digər səma cisimlərində olan ehtiyatların kommersiya məqsədilə mənimsənilməsinə icazə verən fərman imzalayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri