Apr
2020
12:40
24
265
6704
Virtual karabakh

Qarabasma görən kişi üç dostunu qətlə yetirdi

8 Apr, 2020
12:40
6704

Qarabasma görən kişi üç dostunu qətlə yetirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Konya şəhərində üç dostunu güllələyərək öldürən şəxs tutulub.

Sondakika.com xəbər verir ki, 33 yaşlı Yusif Ö. həmyaşıdı Xəlil İbrahim Uzun və 37 yaşlı Yaşar Baki Uzun adlı əmisi oğullarını, həmçinin, 30 yaşlı Mehmet Əli Şefleki qətlə yetirib.

O, ifadəsində arvadına dərman verərək, yatırtdıqdan sonra üç dostunun onu zorladıqlarını və bu səbəbdən də onları öldürdüyünü bildirib.

Saxlanılan şəxsin 33 yaşlı həyat yoldaşı A.Ö. həmin şəxsləri tanımadığını deyib.

Araşdırma zamanı Yusif Ö.-nün qarabasma gördüyü və qətli törədəndən bir gün əvvəl ailəsi tərəfindən xəstəxanaya aparıldığı, həkimin verdiyi antidepressantı qəbul edərək, evə qayıtdığı məlum olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri