10 
Apr
2020
09:31
362
71
20125
Virtual karabakh

Koronavirusa qarşı bitki mənşəli dərman tapıldı: “Dünyanın tarixini dəyişdirəcəyik”

Madaqaskar Prezidenti Andri Rajoelina ölkədə koronavirusa qarşı bitki mənşəli dərman tapıldığına dair açıqlama verib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

“Madaqaskarın koronavirusu müalicə edə biləcək dəvaya sahib olduğuna dair bir məktub aldım. “Edə biləcək” deyirəm, çünki bunun sübuta yetirilməsi lazımdır”, - ölkə başçısı bildirib.

Məktuba əsasən, sözügedən bitkinin koronavirusu tamamilə müalicə edə bildiyini söyləyən Rajoelina müəllifi və müalicəvi bitkinin adını açıqlamayıb.

“Sınaqlar təşkil edəcəyik, əminəm ki, Madaqaskar bu dərmanı tapacaq. Bütün dünyanın tarixini dəyişdirəcəyik”, - Rajoelina bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri