10 
Apr
2020
17:11
24
287
7450
Virtual karabakh

Bu ölkədə 100-ə yaxın sakin müalicədən sonra yenidən koronavirusa yoluxdu

10 Apr, 2020
17:11
7450

Bu ölkədə 100-ə yaxın sakin müalicədən sonra yenidən koronavirusa yoluxdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Koreyada 91 sakin müalicədən sonra yenidən koronavirusa yoluxub.

Bu barədə “Yonhap” agentliyi xəbər yayıb.

Məlumata görə, sakinlər sağaldıqdan sonra karantində saxlanılıblar, sonra həkimlər onların orqanizmində virusun olub-olmadığını yenidən yoxlayıblar. Testlərin cavabı müsbət çıxıb.

Elm adamları bununla bağlı yeni araşdırmalara başlayıblar. Onlar bu vəziyyətdə başqasını yoluxdurmağın nə dərəcədə mümkün olduğunu müəyyənləşdirmək istəyirlər.

Son məlumatlara görə, Cənubi Koreyada 10 450 yoluxma halı qeydə alınıb. Xəstələnənlərdən 208-i ölüb, 7 117 nəfəri isə sağalıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri