13 
Apr
2020
11:58
161
94
2891
Virtual karabakh

Rusiyalı alim: “Marsda insanların yaşaması üçün şərait yaradıla bilər”

13 Apr, 2020
11:58
2891

Rusiyalı alim: “Marsda insanların yaşaması üçün şərait yaradıla bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəşəriyyət Marsda süni yaradılmış əlverişli şəraitə malik rayonlarda yaşaya bilər.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Nüvə Planetologiyası şöbəsinin Neytron və Qamma spektroskopiyası laboratoriyasının müdiri Maksim Litvak deyib.

“Marsın kolonizasiyasından başlamaq lazımdır. Çünki insanlar orada tamamilə bütövlükdə bütün planetdə deyil, lokal olaraq süni şəkildə yaradılan şəraitdə yaşaya bilərlər”, - deyə M.Litvak bildirib.

Alimin sözlərinə görə, bəşəriyyət daha sonra Qırmızı planetin hər yerində əlverişli şərait yaradıb-yaratmayacağına qərar verəcək.

“İnsanlar hansısa məqamda Yerə qayıtmamağı arzulaya bilərlər, müvafiq olaraq, bu zaman planeti özlərinə uyğunlaşdırmağa başlayacaqlar”, - deyə M.Litvak söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri