28 
Apr
2020
17:18
35
75
1457
Virtual karabakh

“YouTube”da genişmiqyaslı kinofestival keçiriləcək - VİDEO

28 Apr, 2020
17:18
1457

“YouTube”da genişmiqyaslı kinofestival keçiriləcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 29-dan iyunun 7-nə qədər “YouTube” videohostinqində genişmiqyaslı “We Are One” kinofestivalı keçiriləcək.

Bu barədə RT xəbər yayıb.

Bildirilir ki, festivalda Kann, Venesiya, Toronto, Lokarno və başqa şəhərlərdən 20-dən çox kinoforum iştirak edəcək.

Yığılan vəsait ÜST-ün koronavirusla mübarizə aparan tərəfdaşlarına veriləcək.

“İnsanları ruhlandıran və birləşdirən, sərhədləri və fərqləri yox edən, dünyaya şəfa verən kinonun misilsiz rolu haqqında tez-tez danışırıq. Hazırda bizim şəfa tapmağa ehtiyacımız var”, - deyə “Traybeka” kinofestivalının direktoru Ceyn Rozental bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri