16 
May
2020
06:47
25
331
5631
Virtual karabakh

Nigeriyada naməlum xəstəlik yayılıb: İnsanlar təlaş içindədir

Nigeriyada əksəriyyəti 50 yaşdan yuxarı olan insanların kütləvi şəkildə naməlum xəstəlikdən ölməsi təlaş yaradıb. Yeni hallar əsasən Yobe, Kano, Bauçi ştatlarında və Jiqava əyalətində görünüb.

Bu barədə “HaberTürk” xəbər yayıb.

Kano ştatında aprel ayında üç gün içində aralarında akademik, siyasətçi, iş adamı və həkimlərin də olduğu 150 nəfər dünyasını dəyişib. Jiqavada 10 gündə 100-dən çox adam ölüb. Yobe ştatında üç günə 471 nəfər həyatını itirib. Bauçi ştatında bu göstərici 150 nəfərdir.

Səlahiyyətlilər ölümlərin COVID-19 mənşəli olmadığını bildiriblər.

O da vurğulanır ki, xəstəlik dövründə test və ölümdən sonra ekspertiza olmadığından ölüm səbəblərini müəyyənləşdirmək mümkün olmayıb.

Aminu Kano Tədris Xəstəxanası Yoluxucu Xəstəliklər  Departamentinin  direktoru  İsa Əbubəkr də qısa müddətdə bu qədər insanın ölümünün normal olmadığını vurğulayıb.

Ölkədə naməlum xəstəliklə bağlı  Dünya Səhiyyə Təşkilatı Kano ştatına heyət göndərib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri