23 
May
2020
10:21
24
141
3472
Virtual karabakh

Həbs olunmuş milyarder koronavirusa yoluxdu

23 May, 2020
10:21
3472

Həbs olunmuş milyarder koronavirusa yoluxdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada yerləşən “Lefortovo” istintaq təcridxanasında saxlanılan səs-küylü cinayət işinin bir neçə iştirakçısının koronavirus testləri müsbət nəticə verib.

“Novaya Qazeta”nın məlumatına görə, koronavirusa yoluxanların arasında “Summa” şirkətlər qrupunun təsisçisi Ziyavudin Maqomedov, sahibkarlar Andrey Kaminov və Dmitri Mixalçenko da olub.

Z.Maqomedovun koronavirusa yoluxmasını vəkili təsdiq edib. A.Kaminov Z.Maqomedov ilə eyni kamerada saxlanılıb.

A.Kaminov və D.Mixalçenko ölkə prezidenti Vladimir Putinin “Novo-Oqarevo”dakı iqamətgahının yenidən qurulması zamanı mənimsəmədə ittiham olunurlar. Z.Maqomedov və böyük qardaşı Maqomed Maqomedov 2018-ci ilin mart ayında cinayətkar dəstə təşkil etmək ittihamı ilə həbs ediliblər. Onlar həmçinin, dövlət müqavilələrinin bağlanılması və icrası zamanı doqquz fırıldaqçılıq faktı ilə də ittiham olunurlar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri