24 
May
2020
05:17
60
323
2582
Virtual karabakh

Rusiyada peyvənd olunmamış uşaqların məktəb və uşaq bağçalarına qəbulu qadağan edilə bilər

24 May, 2020
05:17
2582

Rusiyada peyvənd olunmamış uşaqların məktəb və uşaq bağçalarına qəbulu qadağan edilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada peyvənd olunmayan uşaqların məktəb və uşaq bağçalarına qəbulunun qadağan edilməsi məsələsi müzakirə olunur.

TASS xəbər verir ki, sözügedən qanun layihəsinə Federasiya Şurasında baxılır.

Qeyd edilir ki, belə bir təşəbbüs Rusiya qanunvericiliyini təkmilləşdirmək üçün tədbirlər siyahısına daxil edilib. Bunu həyata keçirmək üçün senatorlar “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” federal qanuna dəyişiklik etməyi planlaşdırırlar.

Peyvənd olunmayan uşaqların məktəblərə və uşaq bağçalarına buraxılmayacağı ilə yanaşı, milli təqvimə daxil edilmiş məcburi profilaktik peyvəndlərin siyahısı da genişləndiriləcək. Müəyyən edilmiş standartların pozulmasına görə hansı cəzanın veriləcəyi hələ dəqiqləşdirilməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri