23 
May
2020
17:13
40
348
8849
Virtual karabakh

Futbolçunun arvadı və üç uşağı da koronavirusa yoluxdu - FOTO/VİDEO

23 May, 2020
17:13
8849

Futbolçunun arvadı və üç uşağı da koronavirusa yoluxdu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Ural” futbol klubunun koronavirusa yoluxmuş hücumçusu Pavel Poqrebnyakın arvadı və üç uşağının da COVID-19 testi müsbət çıxıb.

Bu barədə futbolçunun həyat yoldaşı Mariya Poqrebnyak özünün “Instagram” hesabında məlumat verib.

“Ərim Yekaterinburqa getmişdi. Heç bir simptom yox idi. Qayıtdıqdan sonra analiz verdi. Paşada COVİD-19 testi pozitiv çıxdı. Şokdaydıq. Gecə hərarəti 38 dərəcəyə yüksəldi, həkimlər gəldi, onu kompüter tomoqrafiyasında müayinə etdilər, ikitərəfli sətəlcəm diaqnozu qoyuldu. Əmin idim ki, təyyarədə yoluxub. Ancaq yenə də düşüncələr əl çəkmirdi: axı virus özünü bu qədər tez göstərmir. Nəhayət, uşaqlarla testdən keçmək qərarına gəldim”, - deyə Mariya bildirib.

Qadın analizi verdikdən bir neçə saat sonra özlərinin də koronavirusa yoluxduğunu öyrənib. 

Mariyanın özü xəstəliyi simptomsuz keçirir. Harada yoluxduğunu bilmir. Onun sözlərinə görə, bütün təhlükəsizlik tədbirlərinə riayət edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri