24 
May
2020
11:50
17
176
3972
Virtual karabakh

Koronavirusla bağlı son STATİSTİKA

24 May, 2020
11:50
3972

Koronavirusla bağlı son STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada 5 408 201 nəfər koronavirusa yoluxub.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.

Virusa yoluxan 344 041 nəfərin öldüyü, 2 248 936 nəfərin sağaldığı bildirilir.

Ölkələr arasında koronavirusa ən çox yoluxma (1 666 828 nəfər), ölüm (98 683 nəfər) və sağalma (446 914 nəfər) ABŞ-da müşahidə olunur.

Azərbaycanın sərhəd qonşusu olan Rusiya 335 882 yoluxma ilə üçüncü sırada qərarlaşıb. Bu ölkədə koronavirusdan 3 388 nəfər ölüb, 107 936 nəfər sağalıb.

Türkiyə dünya dövlətləri arasında 155 686 yoluxma ilə doqquzuncu, İran 133 521 yoluxma ilə onuncudur.

Ermənistanda koronavirus 6 661, Gürcüstanda 730 nəfərdə aşkar edilib.

Həmsərhəd qonşularımız arasında virusdan ən çox ölüm faktı İranda (7 359 nəfər) qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri