25 
May
2020
12:54
32
73
2306
Virtual karabakh

“Twitter”də Trampın fikirlərini yazan şəxsin kimliyi məlum oldu

25 May, 2020
12:54
2306

“Twitter”də Trampın fikirlərini yazan şəxsin kimliyi məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Donald Tramp “Twitter”də öz adından dərc edilən qeydlərin kim tərəfindən yazıldığını açıqlayıb.

REN TV xəbər verir ki, D.Tramp bu barədə “Full Measure” televiziya verilişində danışıb.

ABŞ prezidentinin sözlərinə görə, səhər və gecə vaxtı qısa qeydləri, bəyanatları özü yazır. İşdə olduğu saatlarda isə fikirlərini köməkçilərinə diktə edir və onlar sosial şəbəkələrdə dövlət başçısının fikirlərini yayımlayırlar.

“Mənim Den adlı bir centlmenim var, o, çox gözəl işləyir”, - D.Tramp prezident administrasiyasının sosial şəbəkələr üzrə direktoru Den Skavinonu nəzərdə tutaraq söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri