26 
May
2020
06:46
32
130
6849
Virtual karabakh

Alkoqolun koronavirusa təsiri: Alimlər xəbərdarlıq etdi

26 May, 2020
06:46
6849

Alkoqolun koronavirusa təsiri: Alimlər xəbərdarlıq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yüksək spirt tərkibli alkoqollu içkilərin qəbulu koronavirusu öldürmür, əksinə, immun sistemə mənfi təsir göstərir.

“RİA Novosti” bu barədə “Rospotrebnadzor”a (RF İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti) istinadən məlumat yayıb.

Qeyd olunur ki, qorxu və dezinformasiya alkoqolun koronavirusu öldürəcəyi barədə mifin yaranmasına səbəb olub. Qurum spirtli içkilərdən istifadənin, əksinə, insanların xəstəliklərə qarşı həssaslığını artıra biləcəyini vurğulayıb.

“Alkoqol immun sistemə mənfi təsir göstərir və sağlamlıq üçün təhlükə riskini artırır. Odur ki, insanlar istənilən vəziyyətdə, xüsusən də COVID-19 pandemiyası şəraitində alkoqol istifadəsini minimuma endirməlidir”, - qurumdan bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri