27 
May
2020
09:00
51
89
4240
Virtual karabakh

Çində içərisində naməlum maye olan qədim tunc küp aşkar edildi - FOTO

27 May, 2020
09:00
4240

Çində içərisində naməlum maye olan qədim tunc küp aşkar edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin arxeoloqları Henan əyalətində yerləşən məqbərədə apardıqları qazıntı işləri zamanı 2 000 il yaşı olduğu ehtimal edilən tunc küp tapıblar.

“Sinxua” xəbər agentliyi məlumat verir ki, üzərində qaz başı və boynunun təsvir edildiyi dekorativ küpün içində naməlum maye aşkar edilib.

Mütəxəssislərin apardıqları ilkin təhlillər nəticəsində məqbərənin eramızdan əvvəl 221 - 207-ci illərdə inşa edildiyi qeyd olunur.

Arxeologiya İnstitutunun mütəxəssisləri dəfn edilən şəxsin yüksək təbəqəyə mənsub olduğunu istisna etmirlər.

Sarımtıl-qəhvəyi rəngdə olan naməlum mayenin tərkibi isə təhqiq olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri