27 
May
2020
07:00
21
236
3548
Virtual karabakh

Yenicə azadlığa çıxmış ruhi xəstə evini yandırıb qaçdı

27 May, 2020
07:00
3548

Yenicə azadlığa çıxmış ruhi xəstə evini yandırıb qaçdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə Türkiyənin İstanbul şəhərində yerləşən binalardan birinin ikinci mərtəbəsində yanğın baş verib.

“HaberGlobal”ın məlumatına görə, bina sakinləri yanğının həbsdən yenicə çıxmış və ruhi sağlamlığı yerində olmayan bir nəfər tərəfindən qəsdən törədildiyini bildiriblər.

Hadisənin şahidləri sözügedən şəxsin öz evini yandırdığını iddia edirlər. Bildirildiyinə görə, yanğın nəticəsində iki nəfər yüngül xəsarət alıb.

Hazırda həbsdən bu yaxınlarda azadlığa buraxıldığı deyilən 40 yaşlı kişinin axtarışlarına başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri