26 
May
2020
15:50
98
203
1528
Virtual karabakh

Əfqanıstan hökuməti yüzlərlə “Taliban” üzvünü həbsxanadan azad edib

26 May, 2020
15:50
1528

Əfqanıstan hökuməti yüzlərlə “Taliban” üzvünü həbsxanadan azad edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstanda “Taliban” hərəkatının 900 üzvü həbsdən azad edilib.

TASS xəbər verir ki, bununla bağlı Əfqanıstan Milli Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndəsi Cavad Feysal məlumat yayıb.

C.Feysal bildirib ki, qərar ölkə ərazisində atəşkəsə nail olmaq və münaqişə tərəflərinin sülh danışıqlarını bərpa etmək məqsədilə verilib.

Xatırladaq ki, fevralın 29-da Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” arasında sülh sazişi imzalanıb. Sülh sazişində yer alan bəndlərdən biri də Əfqanıstanda hakimiyyət uğrunda mübarizədə əsir düşən vətəndaşların azad edilməsi ilə bağlı idi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri