28 
May
2020
08:00
38
152
2318
Virtual karabakh

Əhalini karantin qaydalarına əməl etməyə çağıran Baş nazir özü qaydaları pozdu

28 May, 2020
08:00
2318

Əhalini karantin qaydalarına əməl etməyə çağıran Baş nazir özü qaydaları pozdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əhaliyə karantin qaydalarına əməl etmələrini deyən İrlandiyanın Baş naziri özü qaydaları pozub.

“New York Post” qəzetinin verdiyi məlumata görə, Leo Varadkar dostları ilə piknikə gedib.

Jurnalistlər onu parkların birində köynəksiz günəş vannası qəbul edərkən görüntüləyiblər.

Baş nazirin bu hərəkəti karantin qaydalarına əməl etməyə çağırdığı əhalinin qınağı ilə qarşılaşıb. Sosial şəbəkələrdə nazirin istefa verməsi tələbləri ilə paylaşımlar edilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Varadkar karantin qaydalarını pozmayıb. O, evindən bir az kənarda dörd nəfərlik qrupda olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri