28 
May
2020
06:55
51
153
5285
Virtual karabakh

Müsabiqədən keçmədiyi üçün yanğın törədib 36 nəfəri öldürən şəxs həbs edildi

28 May, 2020
06:55
5285

Müsabiqədən keçmədiyi üçün yanğın törədib 36 nəfəri öldürən şəxs həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın Kyoto şəhərində animasiya studiyasının yandırılmasında şübhəli bilinən 42 yaşlı Aoba Şinci keçən il iyul ayında qətl törətməkdə ittiham edilərək saxlanılmışdı.

“HaberGlobal” məlumat verir ki, Şinci hücumdan üç gün əvvəl Saitamadakı evindən Kyotoya gedib.

O, animasiya studiyasına qəsdən benzin tökərək yanğın törədib.

Dindirilmə zamanı hər şeyi etiraf edən Şinci yarışmaya göndərdiyi əsərinin qəbul edilmədiyi üçün belə bir addım atdığını deyib.

Şübhəli özü də yanıq xəsarətləri aldığı üçün 10 ay xəstəxanada müalicə edilib.

Qeyd edək ki, animasiya studiyasına hücum zamanı 36 nəfər həyatını itirib, 33 nəfər yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri