27 
May
2020
16:48
9
109
3115
Virtual karabakh

Koronavirusun adaptasiyası ilə bağlı şübhəli məqam

27 May, 2020
16:48
3115

Koronavirusun adaptasiyası ilə bağlı şübhəli məqam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyadan olan alimlər koronavirusun insan orqanizminə ideal adaptasiyası barədə danışıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Flinders Universitetindən olan Nikolay Petrovski virusun məhz insan hüceyrələrinə uyğunlaşdığını deyərək, qısa müddətdə dünyada beş milyondan artıq insanın koronavirusa yoluxmasına səbəbin bu olduğunu deyib.

Tədqiqatçılar bir sıra canlı orqanizmlərin xəstəliyə qarşı müqavimətini təhlil ediblər. 

Gözlənilmədən məlum olub ki, ehtimal olunduğu kimi infeksiyaya yoluxmağa yarasalar deyil, daha çox insanlar meyillidirlər.

Adətən, virusların inkişafı üçün zamana ehtiyac var. Koronavirus isə yoluxma üçün insana dərhal ideal şəkildə uyğunlaşıb. Bu, onun “süni” təbiəti ilə bağlı suallar doğurur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri