30 
May
2020
07:45
20
150
2378
Virtual karabakh

İnsanlardan koronavirusa yoluxma riski olan heyvanlar

30 May, 2020
07:45
2378

İnsanlardan koronavirusa yoluxma riski olan heyvanlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnsanlardan koronavirusa yoluxma riski olan heyvanlar ilk növbədə dəniz sakinləridir.

Bu barədə “RİA Novosti”yə heyvanların qorunması və biomüxtəliflik sahəsində BMT konvensiyalarının iştirakçısı olan bioloq Mariya Vorontsova bildirib.

Onun sözlərinə görə, alimlər hüceyrə növlərinin müayinəsinə əsasən, təxminən 40 növ heyvanın infeksiyaya həssas olduğunu müəyyən ediblər.

Onların hüceyrələrində virusun ötürülməsinə və bağlanmasına həssas olan reseptorlar var. Xüsusilə, bütün dişli balinalar insanlardan infeksiyaya yoluxma təhlükəsi ilə üzləşə bilər.

Üstəlik, bu ehtimal okeanarium şəraitində artır. Bununla yanaşı, virusun əksinə, heyvandan insana ötürülməsi də mümkündür.

Bundan əlavə, meymunlar da risk altındadır. Bu səbəbdən Afrikadakı qorillalar mühafizə edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri