29 
May
2020
08:42
193
78
8749
Virtual karabakh

Qeyri-adi burunlu it internet ulduzuna çevrildi - FOTO

29 May, 2020
08:42
8749

Qeyri-adi burunlu it internet ulduzuna çevrildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Virciniya ştatında Riçmond şəhərinin sakini itinin dünyanın ən uzun burnuna sahib olduğuna əmindir.

“Daily Mail” xəbər verir ki, ev heyvanının qeyri-adi üz quruluşu onu internet ulduzu edib.

27 yaşlı Lili Kambourian 23 iyul 2018-ci ildə qeyri-adi uzun burunlu itə sahiblənib.

Sahibinin dediyinə görə, iki ildə Erisin (itin adı) burnu 31 santimetrə qədər böyüyüb. Ev sahibi “İnstaqgram” səhifəsi yaradaraq qeyri-adi ev heyvanının fotolarını paylaşmağa başlayıb.

Unikal görünüşü sayəsində Eris tez bir zamanda məşhurlaşıb.

“Eris ilə gəzəndə yoldan keçənlər daim bizi dayandırır və onun cinsini tapmağa çalışırlar”, - deyən sahibi pandemiya bitəndən sonra itinin dünya rekordu üçün müraciət etməyi düşünür.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri