29 
May
2020
21:55
578
61
8239
Virtual karabakh

ABŞ-da kütləvi etirazlar şiddətlənib: Polis bölməsi ələ keçirildi, bina yandırıldı - FOTO

29 May, 2020
21:55
8239

ABŞ-da kütləvi etirazlar şiddətlənib: Polis bölməsi ələ keçirildi, bina yandırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Minneapolis şəhərində qaradərili vətəndaşın polis zorakılığı nəticəsində öldürülməsindən sonra başlayan kütləvi etirazlar üçüncü gün də davam edib.

BBC xəbər verir ki, etirazçı kütlə şəhərin üçüncü bölgəsi hesab olunan bir ərazidə polis bölməsini ələ keçirib.

Etirazçılar bundan əlavə, şəhərdə bir neçə binanı yandırıblar.

Artıq etirazların miqyası böyüyərək ölkənin başqa şəhərlərinə də yayılıb. 

Ölkə başçısı Donald Tramp isə etirazçıları “xuliqan” adlandırıb və qeyd edib ki, əgər onlar mağazaları, yaşayış məntəqələrini yağmalamağa başlasalar, polisə atəş açmaq əmri veriləcək.

Qeyd edək ki, Corc Floyd adlı silahsız şəxs saxlanılarkən xüsusi polis zorakılığına məruz qalmış, bunun nəticəsində ölmüşdü.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri