30 
May
2020
04:45
121
162
6225
Virtual karabakh

Putindən Qələbə Paradı ilə bağlı sərəncam

30 May, 2020
04:45
6225

Putindən Qələbə Paradı ilə bağlı sərəncam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putin iyunun 24-də Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar hərbi paradların keçirilməsi və atəşfəşanlıq haqqında sərəncam imzalayıb. 

APA kommersant.ru-ya istinadən xəbər verir ki, sərəncama əsasən, 24 iyun tarixi, həmçinin, qeyri-iş günü elan edilib.

Moskva vaxtı ilə saat 10:00-da Qırmızı Meydanda və Rusiyanın digər şəhərlərində hərbi texnikaların iştirakı ilə hərbi parad keçiriləcək. Saat 22:00-da isə atəşfəşanlıq olacaq.

Xatırladaq ki, bu il Rusiyada mayın 9-da keçirilməsi nəzərdə tutulmuş hərbi parad koronavirusla bağlı vəziyyətə görə təxirə salınmışdı.

Lakin ölkə prezidenti yubiley paradının daha sonra “geniş və təntənəli şəkildə” qeyd edəcəyinə söz vermişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri