30 
May
2020
12:23
125
45
8475
Virtual karabakh

Damarları məhv edən qidaların adları açıqlandı

30 May, 2020
12:23
8475

Damarları məhv edən qidaların adları açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan damarlarının sağlamlığı daha çox insanın vərdişlərindən asılıdır.

“Rosbalt” bu barədə həkimlərin açıqlamalarına istinadla xəbər yayıb.

Bildirilir ki, yüksək miqdarda xolesterin tərkibli qidaların müntəzəm istifadəsi qan damarlarına dağıdıcı təsir göstərir.

Belə ki, xolesterinlə zəngin olan mayonez, marqarin, “fast food”, hisə verilmiş ət və qızardılmış qidaların istifadəsi təhlükəlidir. Şirniyyat da mənfi təsir göstərir, çünki şəkər qan damarlarının daxili divarlarını zədələyir, bu da qoruyucu qatın itməsinə səbəb olur.

Damar daralmasında və bədənin müəyyən bölgələrinin qanla təchizatında nikotin əsas səbəblərdən biridir. Uzun müddət siqaret çəkmək qan damarlarının daxili təbəqəsinin hüceyrələrini məhv edir.

Həkimlər insanları arterial təzyiqlərinə nəzarət etməyə çağırırlar. Çünki yüksək təzyiqlə vurulan qan damarlarda anevrizmalar yarada və yırtılmaya səbəb ola bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri