31 
May
2020
07:57
108
34
8192
Virtual karabakh

Koronavirusu ən ağır şəkildə keçirənlərlə bağlı xoş xəbər

31 May, 2020
07:57
8192

Koronavirusu ən ağır şəkildə keçirənlərlə bağlı xoş xəbər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəstəxanadan buraxılan xəstələrin yarıdan çoxunun ağciyərlərində üç həftədən sonra heç bir dəyişiklik qalmır.

“İnterfaks”ın məlumatına görə, bunu Rusiya Səhyyə Nazirliyinin baş pulmonoloqu Sergey Avdeyev bildirib.

“Xəstəxanadan buraxılan pasiyentlərin 53 faizində üç həftədən sonra ağciyərlərdə heç bir qalıq fəsad müəyyən edilməyib. Xəstəxanaya isə, bildiyimiz kimi, ağır xəstələr daxil olur”, - deyə, o vurğulayıb.

Avdeyevin sözlərinə görə, bu fakt ağır xəstələrin yarısında fəsadların qalmadığını göstərir.

Həkim həmçinin isti havanın infeksiyanın yayılmasının qarşısını alacağına ümidini ifadə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri