30 
May
2020
18:00
16
187
9064
Virtual karabakh

Dəri xərçənginin ilkin əlamətləri açıqlandı

30 May, 2020
18:00
9064

Dəri xərçənginin ilkin əlamətləri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəri üzərində xal olmasa belə melanoma inkişaf edə bilər.

“İzvestiya”nın məlumatına görə, RF Səhiyyə Nazirliyinin baş onkoloqu, REA-nın akademiki Andrey Kaprin özünün “İnstagram” hesabında bu barədə yazıb.

O, həmçinin onkoloji xəstəliyi hansı əlamətlərinə görə təyin etməyin yollarını da göstərib.

Həkimin sözlərinə görə, bədənin üzərində yeni xalların yaranmasına (xüsusən də, qocalıqda) diqqətlə yanaşmaq lazımdır. Melanomanın inkişafını xalın rənginin və ya formasının dəyişməsi, yaxud da həddən artıq sürətli böyüməsi göstərə bilər.

Həmçinin xalın qaşınması və ya qanaması da pis əlamətdir.

Bu dəyişikliyin dəqiq səbəblərini müəyyən etmək üçün Kaprin həkimə müraciət etməyi və dermatoskopik müayinədən keçməyi məsləhət görüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri