31 
May
2020
09:28
6
96
3320
Virtual karabakh

Koronavirusa yoluxduqdan sonra ən çox görülən ağırlaşmalar

31 May, 2020
09:28
3320

Koronavirusa yoluxduqdan sonra ən çox görülən ağırlaşmalar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəstələr arasında koronavirusun ən çox rast gəlinən ağırlaşmaları sepsis (42 faiz), tənəffüs və ürək çatışmazlığı (müvafiq olaraq, 36 və 12 faiz), həmçinin, qanın laxtalanmasının pozulmasıdır (7 faiz)”.

“360 TV”nin məlumatına görə, bu barədə Moskva Dövlət Tibb Universitetinin professoru, Rusiya Xalq Sağlamlığı Assosiasiyasının prezidenti Andrey Dyomin deyib.

O, Uhan şəhərində xəstəxanaya yerləşdirilənlərin statistikasına istinad edib.

Qeyd olunan ağırlaşmalardan əlavə, xəstələrdə mədə-bağırsaq traktında, böyrəklərdə, qaraciyərdə, beyində, periferik sinir sistemində, qan damarlarında, həmçinin, mikrosirkulyasiyada pozuntular müşahidə edilib. Bundan başqa, dəri təzahürləri də görünüb.

Dyomin əlavə edib ki, infeksiyanın klinik təzahürləri olmadıqda belə, bəzi hallarda immun sisteminin, qaraciyərin, böyrəklərin, həmçinin, digər orqan və sistemlərin funksiyaları dəyişir.

Sağaldıqdan sonra fəsadların qalması barədə danışan professor hazırda bu məsələnin statistikasının tam öyrənilmədiyini vurğulayıb. Buna baxmayaraq, onun sözlərinə görə, infeksiyanın nəticələri, həqiqətən, çoxdur və bu xəstəliyə düçar olmuş insanlar üçün reabilitasiya sistemini inkişaf etdirmək tibb ictimaiyyətinin qarşısında duran vəzifələrdən biridir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri