31 
May
2020
09:45
149
53
2552
Virtual karabakh

ABŞ-ın 25 şəhərində komendant saatı elan olundu

31 May, 2020
09:45
2552

ABŞ-ın 25 şəhərində komendant saatı elan olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində baş vermiş iğtişaşlardan sonra ölkənin 25 şəhərində komendant saatı elan olunub.

Bu barədə CNN telekanalı xəbər verib.

Mənbənin yaydığı məlumata görə, komendant saatı Beverli-Hillz (Kaliforniya ştatı), Denver (Kolorado ştatı), Mayami (Florida ştatı), Atlanta (Corciya ştatı), Çikaqo (İllinoys ştatı), Minneapolis (Minnesota ştatı), Roçester (Nyu-York ştatı) kimi böyük şəhərlərdə artıq qüvvəyə minib.

Qeyd edək ki, Minneapolis şəhərində polis qaradərili vətəndaş Corc Floydu saxlayarkən amansız hərəkətlərə yol verib. Həbs zamanı ağır çəkili polis dizini C.Floydun boynuna basıb. O, nəfəs ala bilmədiyini desə də, asayiş keşikçisi buna əhəmiyyət verməyib. Nəticədə, afroamerikalı boğularaq ölüb. Bundan dərhal sonra isə hadisənin baş verdiyi şəhərdə etiraz aksiyaları başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri