31 
May
2020
10:18
197
18
2618
Virtual karabakh

ABŞ-da nümayişçilər polisin atını ələ keçirdilər - VİDEO

31 May, 2020
10:18
2618

ABŞ-da nümayişçilər polisin atını ələ keçirdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) Corc Floydun polislər tərəfindən öldürülməsinə etiraz edən sakinlərdən biri hüquq-mühafizə orqanlarının kütləni dağıtmaq üçün istifadə etdiyi atı ələ keçirib.

REN TV xəbər verir ki, hadisəni telefonuna çəkən aksiya iştirakçılarından biri videonu sosial şəbəkələrdə paylaşıb.

Qeyd edək ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxlanılarkən polislər tərəfindən amansız rəftara məruz qalmasının görüntüləri yayımlanıb. Polis C.Floydun qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi əks olunub. Hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Baş verənlərdən hiddətlənən amerikalılar kütləvi etiraz aksiyaları təşkil ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri