31 
May
2020
12:21
191
24
4853
Virtual karabakh

Casus göyərçin üç illik həbsdən sonra azadlığa buraxıldı

31 May, 2020
12:21
4853

Casus göyərçin üç illik həbsdən sonra azadlığa buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistan polisi casusluqda ittiham edilmiş göyərçini azadlığa buraxıb.

Bu barədə “Toronto Sun” nəşri xəbər yayıb.

Məlumata görə, göyərçin Pakistanla sərhəddə mübahisəli ərazidə uçarkən saxlanılmışdı. Hindistan polisi quşdan casusluq məqsədləri üçün istifadə olunduğunu ehtimal edib.

Yerli sakinləri qorxudan quşun ayağına yazılmış nömrə olub. Onlar bunu terrorçular arasında gizli yazışma kodu hesab ediblər.

Sonradan quşun sahibi tapılıb. Məlum olub ki, bu, Həbibulla adlı balıqçıdır. O, göyərçinin quş yarışlarında iştirak etdiyini, ayağındakı rəqəmlərin isə sahibinin telefon nömrəsi olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri