31 
May
2020
17:46
50
455
3940
Virtual karabakh

İran “qara qutu”nu Ukraynaya təhvil verməkdən imtina etdi

31 May, 2020
17:46
3940

İran “qara qutu”nu Ukraynaya təhvil verməkdən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Tehran yaxınlığında səhvən vurulan Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsinin “qara qutu”sundakı uçuş qeydlərini Ukraynaya təhvil verməyəcək.

TASS xəbər verir ki, bu barədə qərar Ukrayna tərəfinin rəsmi Tehranın təkliflərinə ləng cavab verməsi ilə əlaqədardır.

Qeyd olunur ki, böyük ehtimalla “qara qutu” Fransaya göndəriləcək.

Qeyd edək ki, yanvarın 8-də İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bəyanat verərək, təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri