İyn
2020
14:37
11
105
3840
Virtual karabakh

Təyyarə turistlərin gözü qarşısında dənizə düşdü - FOTO/VİDEO

1 İyn, 2020
14:37
3840

Təyyarə turistlərin gözü qarşısında dənizə düşdü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın Hempşir qraflığında çimərlikdə dincələn turistlər kiçik mühərrikli “Cirrus SR22” təyyarəsinin dənizə çırpılmasının şahidi olublar.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Həmin vaxt dörd yaşlı qızı ilə çimərlikdə olan 37 yaşlı Emi Sleyd ilk əvvəl bərk gurultu eşitdiyini bildirib.

“Biz çevrildik və səmadan sürətlə enən təyyarəni gördük. O, burnu aşağı uçurdu, sonra quyruq hissəsində paraşüt göründü. Bundan dərhal sonra xilasedici helikopter köməyə gəldi”, - deyə qadın baş verənləri xatırlayır.

O, hadisə nəticəsində ölən olmadığı üçün çox sevindiyini vurğulayıb.

Digər turist - 70 yaşlı Kristina Heybol isə baş verənləri binoklla izlədiyini deyib:

“Təyyarə dənizə düşdükdən sonra pilot kabinənin qapısını açaraq çıxdı. O və sərnişin xüsusi qayıqla sahilə aparıldılar”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri