1 
İyn
2020
13:42
74
19
1321
yuxarı
Fransalı nazir “Twitter”i ABŞ-ı tərk etməyə səslədi
1 İyn, 2020
13:42
1321
74
19
Fransalı nazir “Twitter”i ABŞ-ı tərk etməyə səslədi
Fransanın Rəqəmsal Texnologiyalar naziri Sedrik O ABŞ-da qeyri-sabitlik yaranacağı təqdirdə “Twitter”in baş qərargahını ABŞ-dan Fransaya köçürməyi təklif edib.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Əgər “Twitter” hesab etsə ki, ABŞ-dakı şərait şirkətin dəyərlərinə uyğun olaraq inkişaf etməsinə mane olur və ya müxtəlif səbəblərə görə ölkədə qeyri-sabitlik yaşanır, Avropa, xüsusilə Fransa onu məmnuniyyətlə qəbul etməyə hazırdır”, - deyə fransalı nazir qeyd edib.
Sedrik O əlavə edib ki, bu dəvət ABŞ-da fəaliyyət göstərən bütün sahibkarlara və tədqiqatçılara şamil olunur.
Xatırladaq ki, Donald Tramp “Twitter”i ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edərək, şirkətin fəaliyyətinə qadağa qoyulacağını istisna etməyib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək