İyn
2020
16:07
194
34
3551
Virtual karabakh

Floydun saxlanılmasının imitasiya edildiyi körpünü bağladılar - VİDEO

3 İyn, 2020
16:07
3551

Floydun saxlanılmasının imitasiya edildiyi körpünü bağladılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Portland şəhərində minlərlə nümayişçi şəhərin ən böyük Börnsayd körpüsünü (Burnsides Bridge) bağlayıb.

REN TV xəbər verir ki, aksiya iştirakçıları Corc Floydun polislər tərəfindən saxlanılarkən yerə sıxıldığı qaydada asfaltın üzərinə uzanaraq, körpüdə hərəkəti iflic ediblər.

Nümayişçilərin fərqli etiraz forması sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Qeyd edək ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Polis afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Nəticədə, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri