İyn
2020
13:21
20
115
4164
Virtual karabakh

Yolda COVID-19-a yoluxduğunu öyrəndi, sərnişin avtobusu ilə xəstəxanaya aparıldı - FOTO/VİDEO

4 İyn, 2020
13:21
4164

Yolda COVID-19-a yoluxduğunu öyrəndi, sərnişin avtobusu ilə xəstəxanaya aparıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yolda COVID-19-a yoluxduğunu öyrənən qadın elə salonunda olduğu sərnişin avtobusu ilə xəstəxanaya aparılıb.

“HaberGlobal”ın məlumatına görə, qəribə hadisə Türkiyədə yaşanıb.

Bildirilib ki, Sürəyya Ç. İstanbulda iki gün əvvəl koronavirus testindən keçib, lakin cavab çıxmamış Diyarbəkirə getmək üçün avtobusa minib. Yolda ona zəng edərək, COVID-19 testinin cavabının müsbət çıxdığı bildirilib. Sürəyya Ç. bu barədə sürücünün köməkçisinə xəbər verib.

Bundan sonra qadın elə həmin avtobusla Sakarya Universiteti Təhsil və Araşdırma xəstəxanasına aparılıb. Burada o, karantinə alınıb. 

Avtobus isə yenidən Diyarbəkirə doğru yola çıxıb. Lakin mənzil başına çatmamış yolda hüquq mühafizəçiləri və tibb işçiləri tərəfindən saxlanılıb. Bütün sərnişinlər koronavirusla bağlı testdən keçmək üçün Refika Baysal İctimai Sağlamlıq Mərkəzinə aparılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri