İyn
2020
12:08
224
32
4655
Virtual karabakh

Londonda Corc Floydun öldürülməsinə etiraz edənlər ayağa qalxdı: Qarşıdurma yaşandı - FOTO

4 İyn, 2020
12:08
4655

Londonda Corc Floydun öldürülməsinə etiraz edənlər ayağa qalxdı: Qarşıdurma yaşandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da afroamerikalı Corc Floydun öldürülməsinə etiraz edən britaniyalılar Londonda hökumət, Xarici İşlər Nazirliyi və parlament binasının qarşısına toplanıblar.

“Anadolu” xəbər verir ki, etirazçılarla polis arasında qarşıdurma yaranıb.

İnsanların polisi döyməsinin, yerə yıxılan asayiş keşikçilərinin görüntüləri yayılıb.

Etirazlarda “Qaradərililərin həyatı dəyərlidir”, “Ədalət yoxdursa, sülh də yoxdur”, “Britaniya günahsiz deyil” kimi şüarlar səslənib.

Aksiya davam edən zaman koronavirusla bağlı mətbuat konfransı keçirən Böyük Britaniya Baş naziri Boris Conson Corc Floydun matəmini saxladığını və baş verənlərdən dəhşətə gəldiyini deyib.

O, ABŞ Prezidenti Donald Trampa və digərlərinə “iqrçiliyə və zorakılığa aramızda yer yoxdur” mesajını ünvanlayıb.

Londonda şənbə və bazar günləri də etiraz aksiyalarının planlaşdırıldığı bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri