İyn
2020
12:50
247
30
2105
Virtual karabakh

Paşinyan: “Ermənistan xəstəxanalarında koronavirusa yoluxanların hamısına yer yoxdur” - VİDEO

4 İyn, 2020
12:50
2105

Paşinyan: “Ermənistan xəstəxanalarında koronavirusa yoluxanların hamısına yer yoxdur” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda epidemiyaya görə vəziyyət getdikcə pisləşir, tibb müəssisələri artıq bütün koronaviruslu xəstələri qəbul edə bilmirlər.

“RİA Novosti” bu barədə ölkənin baş naziri Nikol Paşinyanın açıqlamasına istinadla xəbər yayıb.

“Pis xəbərim var. Epidemiyaya görə vəziyyət getdikcə pisləşir. Dünən koronavirusa 697 yeni yoluxma qeydə aldıq. Bu o deməkdir ki, artıq ehtiyacı olanların hamısını vaxtında xəstəxanaya yerləşdirə bilməyəcəyik”, - deyə, baş nazir “Facebook”dakı videomüraciətində bildirib.

O əlavə edib ki, hazırda ölkədə 20 minə yaxın şəxs koronavirus daşıyıcısı olduğundan və başqalarını yoluxdura biləcəyindən bixəbərdir. Bunu nəzərə alaraq, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.

Ermənistanda koronavirusa qarşı mübarizə məqsədilə martın 16-dan iyunun 13-nə qədər fövqəladə vəziyyət elan edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri