İyn
2020
03:00
28
103
2383
Virtual karabakh

Zelenskinin karantin qaydalarını pozması ilə bağlı yoxlamalara başlanılacaq - FOTO

5 İyn, 2020
03:00
2383

Zelenskinin karantin qaydalarını pozması ilə bağlı yoxlamalara başlanılacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Prezidenti Vladimir Zelenski karantin qaydalarının pozulmasında şübhəli bilinir. Bu səbəbdən onun barəsində yoxlamalara başlanılacaq.

Bu barədə RT xəbər yayıb.

“Səlahiyyətli polis orqanları bu məsələyə baxacaq. Bilirsiniz ki, karantin normalarını pozduğuna görə cərimə 17 min qrivnadır (1 067 AZN)”, - deyə Ukrayna Daxili İşlər nazirinin müavini Anton Geraşenko bildirib.

Cavab olaraq Zelenski qaydaları pozduğu sübuta yetirilərsə, cəriməni ödəyəcəyini deyib.

Qeyd edək ki, dünən Ukrayna prezidenti özünün “Instagram” hesabında foto paylaşaraq, Xmelnitskdə kafedə qəhvə içdiyini yazıb. Halbuki, koronavirus pandemiyası ilə əlaqədar iaşə obyektlərinin yalnız yay meydançalarının işinə icazə verilir, yerdə qalan qəhvəxanalar isə iyunun 5-də açılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri