İyn
2020
09:34
115
41
3550
Virtual karabakh

Corc Floydla vida mərasimi keçirilib - VİDEO

5 İyn, 2020
09:34
3550

Corc Floydla vida mərasimi keçirilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da polis zorakılığı nəticəsində həlak olmuş afroamerikalı Corc Floydla vida mərasimi keçirilib.

Gazeta.ru xəbər verir ki, dəfn mərasimi “ABC News” telekanalı ilə canlı yayımlanıb.

Vida mərasimində çıxış edən qaradərililərin hüquqları uğrunda mübarizə aparan keşiş, ictimai və siyasi fəal El Şarpton bildirib ki, Corc Floydun taleyi Birləşmiş Ştatlarda afroamerikalıların universal təcrübəsini simvolizə edir.

Xatırladaq ki, mayın 25-də C.Floyd saxta əskinaslarla ödəniş edilməsi şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.

Kadrlarda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri