İyn
2020
11:01
7
131
3097
Virtual karabakh

Səkkiz körpə “Orta əsrlər möcüzəsi”ndən təhlükəli bakteriyaya yoluxdu - VİDEO

5 İyn, 2020
11:01
3097

Səkkiz körpə “Orta əsrlər möcüzəsi”ndən təhlükəli bakteriyaya yoluxdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyanın Adelaida şəhərində son 20 ildə ilk dəfə olaraq yeni doğulmuş səkkiz körpənin “Serratia Marcescens” bakteriyasına yoluxduğu aşkarlanıb.

Bu barədə “Nine News” nəşri xəbər yayıb.

İlk belə hal mayın 18-də müəyyən olunmuşdu. Bir neçə gün sonra uşaq tam sağalıb, çarpayısı isə dezinfeksiya edilib. Mayın 30-da həmin çarpayıda yatan başqa bir uşaqda infeksiya aşkarlanıb. O, ağır vəziyyətdə başqa xəstəxanaya köçürülüb.

Həmin şöbədə yatan 40 körpənin müayinəsindən sonra təhlükəli bakteriya əlavə altı uşaqda da müəyyən olunub. Lakin onlarda xəstəlik simptomsuz keçib. Aparılan araşdırmalar zamanı infeksiyanın mənbəyinin xəstəxanadakı çanaqlardan birinin olduğu müəyyənləşdirilib.

“Serratia Marcescens” bakteriyası sidik yollarının iltihabını, sətəlcəm və sepsis törədir. Xüsusən, yaşlılar və körpələr üçün təhlükəlidir.

Nəşr xəstəliyin “orta əsr möcüzəsi” ilə əlaqəsini də qeyd edib. Əfsanəyə görə, İtaliyanın Bolsen şəhərində ayin zamanı çörəyin üzərində “qan” görünüb. “Möcüzə” 1263-cü ildə Rafael tərəfindən Vatikanda bir freskada ölümsüzləşdirilib.

Hazırda mütəxəssislər bu “qan”ın, əslində, çörəyin üzərində yaranan “Serratia Marcescens” koloniyasının qırmızı piqmentasiyası olduğunu güman edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri