İyn
2020
12:54
36
87
2225
Virtual karabakh

“Twitter” Trampın Corc Floydla bağlı videomüraciətini sildi - FOTO

5 İyn, 2020
12:54
2225

“Twitter” Trampın Corc Floydla bağlı videomüraciətini sildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Twitter” sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın afroamerikalı Corc Floydun qətli ilə bağlı videoçıxışını silib.

Gazeta.ru xəbər verir ki, bu barədə D.Trampın seçki qərargahının rəsmi mikrobloqunda məlumat verilib.

Qərargah bunu sosial şəbəkə tərəfindən tətbiq olunan senzura kimi qiymətləndirib.

Xatırladaq ki, mayın 25-də C.Floyd saxta əsginaslarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.

Kadrlarda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri