İyn
2020
08:28
40
264
3798
Virtual karabakh

Aksiya zamanı polis gənc müəllimin başını yardı - VİDEO

6 İyn, 2020
08:28
3798

Aksiya zamanı polis gənc müəllimin başını yardı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Nyu-York şəhərində keçirilən aksiya zamanı polis etirazçının başını yarıb.

RT bununla bağlı video yayımlayıb.

Kadrlarda görünür ki, saxlanılanlardan biri orta məktəb müəllimi olduğunu deyir. Bundan sonra polis bir neçə nəfəri saxlayır, yaxınlıqda isə başı yarılmış gəncin yıxıldığı görünür.

Qeyd edək ki, kütləvi iğtişaşlara çevrilən etiraz aksiyalarına görə Nyu-Yorkda iyunun 8-nə qədər komendant saatı elan edilib.

Xatırladaq ki, mayın 25-də C.Floyd saxta əskinaslarla ödəniş edilməsi şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür. Kadrlarda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri