İyn
2020
17:44
23
454
6355
Virtual karabakh

Tbilisidə silahlı insident: Həyətdə oynayan uşaqlara atəş açıldı - VİDEO

5 İyn, 2020
17:44
6355

Tbilisidə silahlı insident: Həyətdə oynayan uşaqlara atəş açıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın paytaxtında silahlı insident baş verib. Belə ki, həyətdə oynayan uşaqlara əsəbiləşən kişi onlara ov silahından atəş açıb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Hazırda patrul polisi və xüsusi təyinatlılar Tbilisinin Varketili rayonuna səfərbər edilib. Silahlı şəxsin saxlanılması üçün əməliyyat hazırlanır.

“O, silahlıdır və ehtimal ki, içkili vəziyyətdədir. Şübhəli yaşayış binasının birinci mərtəbəsində gizlənib. Oradan bir neçə dəfə hədəfləmədən atəş açıb. Hadisə yerinə polis səfərbər edilib, vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün iş aparılır. Silahlı şəxslə danışıqlar aparılır”, - deyə patrul polisinin rəhbəri Vaja Siradze hadisə barədə məlumat verib.

Ərazidə yaşayan sakinlər isə bildiriblər ki, kişi həyətdə oynayan uşaqları qorxutmaq üçün onlara bir neçə dəfə atəş açıb. O, ovçudur və evində qeydiyyatdan keçmiş silahı var.

DİN-dən isə bildirilib ki, silahlı insident nəticəsində zərərçəkən olmayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri