İyn
2020
09:54
66
181
7524
Virtual karabakh

Koronavirusun müalicəsinə kömək edən preparat

6 İyn, 2020
09:54
7524

Koronavirusun müalicəsinə kömək edən preparat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Famotidin” preparatının qəbulu koronavirusa yoluxan xəstələrin müalicəsinə müsbət təsir edir.

“RİA Novosti” xəbər verir ki, bununla bağlı “Gut” jurnalında alimlərin apardığı tədqiqatın yekunlarına dair məqalə dərc edilib.

Araşdırmada COVID-19-a yoluxmuş 10 xəstə iştirak edib. Onlar xəstəlik müddətində “Famotidin” qəbul ediblər.

Qeyd edək ki, “Famotidin” mədə qıcqırmasına qarşı istifadə olunan dərmandır.

Alimlər pasiyentlərin “Famotidin”in 80 milliqramlıq dozasını orta hesabla gündə üç dəfə, 11 gün ərzində qəbul etdiyini yazır.

On pasiyentin hamısı bildirib ki, “Famotidin”in qəbulundan sonra özlərini yaxşı hiss etməyə başlayıblar. Xəstələrin səhhətində yaxşılaşma əlamətləri ilk 24 saatda özünü büruzə verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri