İyn
2020
12:24
305
28
3865
Virtual karabakh

Liviya hökuməti qiyamçıların məğlub olduğunu elan edib

6 İyn, 2020
12:24
3865

Liviya hökuməti qiyamçıların məğlub olduğunu elan edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Liviyanın BMT-dəki daimi nümayəndəsi Tahir əs-Sunni qiyamçı feldmarşal Xəlifə Haftarın tamamilə məğlub edildiyi barədə açıqlama verib.

Türkiyə mətbuatı xəbər verir ki, bu barədə Tahir əs-Sunni “Twitter” hesabında yazıb.

O, Xəlifə Haftarı “hakimiyyət hərisi” adlandıraraq, hökumət ordusunun paytaxt Tripoli və Tarhunə şəhərlərini qiyamçı silahlılardan tamamilə təmizlədiyini bildirib:

“Bu gün zəfərimizi qeyd edirik. Paytaxt Tripolinin ardından Tarhunə azadlığına qovuşdu. Hakimiyyət hərisi Haftarın macərası rəsmən başa çatdı”.

Xatırladaq ki, 2015-ci ilin dekabrında Mərakeşdə BMT-nin himayəsi altında Liviya münaqişəsinin tərəfləri problemin siyasi vasitələrlə tənzimlənməsi haqqında saziş imzalayıblar.

Sazişə uyğun olaraq, Liviyada keçid prosesini idarə etmək üçün BMT tərəfindən tanınan milli barışıq hökuməti yaradılıb.

Feldmarşal Xəlifə Haftar və onun xarici siyasi müttəfiqləri bu sazişin qüvvəyə minməsinə hər vəchlə mane olub, onun yerlərdə reallaşmasına imkan verməyiblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri