İyn
2020
12:00
99
33
1247
Virtual karabakh

Pekin sakinlərinə istehlak xərcləri üçün 1,7 milyard dollarlıq vauçer veriləcək

6 İyn, 2020
12:00
1247

Pekin sakinlərinə istehlak xərcləri üçün 1,7 milyard dollarlıq vauçer veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pekin səlahiyyətliləri yerli sakinlərə istehlakı stimullaşdırmaq üçün vauçerlər paylayacaq.

MK xəbər verir ki, bunun üçün təxminən 1,71 milyard dollar (12,2 milyard yuan) vəsait ayrılıb.

Tədbir istehlak xərclərini canlandırmaq üçün bu gün başlanan “İstehlak mövsümü” proqramının bir hissəsini təşkil edir.

Çeklər Çin onlayn ticarət platforması vasitəsilə paylanılır. Paytaxt sakinləri mağazalarda, eləcə də internetdə təhsil, turizm, mədəniyyət, idman, qida və digər sahələrdə kuponlardan istifadə edə biləcəklər. Kuponlar yalnız 14 gün ərzində etibarlı olacaq.

Vauçerlər 6, 13, 20 və 27 iyun tarixlərində paylanılacaq. Pekinin ticarət rəhbəri Yan Liqan bildirib ki, bu proqram koronavirusun yayılmasından sonra ticarəti canlandırmağa kömək edəcək, eyni zamanda istehlakçı inamını artıracaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri