10 
İyn
2020
13:55
214
59
2353
Virtual karabakh

ABŞ-da etirazçılar Kolumbun heykəlini uçurdular - VİDEO

ABŞ-da afroamerikalı Corc Floydun polislər tərəfinə öldürülməsindən sonra başlayan etirazlar davam edir.

“Daily Mail” xəbər verir ki, ötən gün keçirilən aksiyaların birində etirazçılar Kristofor Kolumbun heykəlini yandırıb, sonra isə onu yerindən qoparaq suya atıblar.

Qeyd olunur ki, iğtişaşçılar postamentin üzərində Kristofor Kolumbun soyqırımı təcəssüm etdiyini yazıblar.

Xatırladaq ki, mayın 25-də Corc Floyd saxta əsginaslarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.

Kadrlarda C.Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri